“Şamaxı” yoxlama oyununda 5 cavabsız qola sevindi

Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Şamaxı” komandası bu gün növbəti yoxlama görüşünə çıxıb.

Arena.az xəbər verir ki, elita təmsilçisi doğma meydanda “Pelikan”la üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma Şamaxının eyniadlı təmsilçisinin qələbəsiylə yekunlaşıb. Əyalət klubu 5:0 hesablı darmadağına sevinib. Qalib komandanın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belaydi Pusi hərəyə bir dəfə fərqləniblər. Elşad Tağıyev isə dubla imza atıb.

Qeyd edək ki, bu, “Şamaxı”nın yay təlim-məşq toplanışındakı ikinci yoxlama oyunu idi. Əyalət təmsilçisi ilk yoxlama matçında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.

Yenidən Premyer Liqaya qayıdan şamaxılıları Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün açılış turunda “Sabah”la oyun gözləyir. Avqustun 4-də Şamaxıda keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: