“Milan”ın idman və kommersiya məsələləri üzrə müşaviri, məşhur Zlatan İbrahimoviç oğlu Maksimilianın “rosseneri”yə keçidi haqda danışıb.
Arena.az “Milan Press” dərgisinin ESPN portalına istinadı əsasında, “Milan”ın keçmiş futbolçusu İbrahimoviçin bu barədə fikrini təqdim edir:
“Mən bir ata kimi çox fəxr edirəm və xoşbəxtəm. Onun çox işi var. Mənim soyadımı daşımaq onun üçün asan deyil. Amma hələlik onun güclü zehniyyəti var və bu, ən vacib məqamdır. Sonra isə taleyi qərar verəcək: əgər onun qisməti belədirsə, gələcəkdə “Milan”da oynayacaq. O, çox çalışır, buna çox inanır və tarix yazmaq istəyir. Onun sözlərinə görə isə, artıq məndən üstündür (gülür).
Mən onu sövq etmək və kömək etmək üçün buradayam, amma onu həddindən artıq qorumaq üçün deyil: sonda hər şey ondan asılıdır. Gözləntilərim? Xeyr, mən sadəcə onun üçün şadam”, deyə “İbra” fərəhlə bildirib.
Əlavə edək ki, 17 yaşlı Maksimilian İbrahimoviç 2024/2025-ci illər mövsümündə “Milan”ın yeniyetmələrdən ibarət komandasında çıxış edəcək.


