Premyer Liqa: “Arsenal”la “Liverpul”dan ilk oyunda inamlı qələbə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Nottingem Forest” – “Bornmut” matçında tərəflərə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Nyukasl” doğma meydanda “Sauthempton”u minimal hesabla üstələyib. “Everton” evdə “Brayton”a, “Vest Hem” isə “Aston Villa”ya məğlub olub.

Premyer Liqaya qayıtmış “İpsviç Taun”un qonağı olan “Liverpul” yeni mövsümə inamlı qələbə ilə başlayıb. “Arsenal” da “Vulverhempton”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Yeni mövsümün ilk turunun qalan oyunları avqustun 18-də və 19-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
1-ci tur

16 avqust

“Mançester Yunayted” – “Fulhem” 1:0
Qol: Zirkze, 87.

17 avqust

“İpsviç Taun” – “Liverpul” 0:2
Qollar: Jota, 60. Salah, 65.

“Arsenal” – “Vulverhempton” 2:0
Qollar: Haverts, 25. Saka, 74.

“Everton” – “Brayton” 0:3
Qollar: Mitoma, 26. Uelbek, 56. Adinqra, 87.

“Nyukasl” – “Sauthempton” 1:0
Qol: Joelinton, 45.

“Nottingem Forest” – “Bornmut” 1:1
Qollar: Vud, 23 – Semenyo, 86.

“Vest Hem” – “Aston Villa” 1:2
Qollar: Paketa, 37-pen – Onana, 4. Duran, 79.

18 avqust

17:00. “Brentford” – “Kristal Palas”
19:30. “Çelsi” – “Mançester Siti”

19 avqust

23:00. “Lester Siti” – “Tottenhem”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: