Premyer Liqa: “Arsenal”la MS qalib gəldi, MY uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Turun açılış matçında “Brayton” “Mançester Yunayted”i qəbul edib. Üç qolun qeydə alındığı oyun “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə yekunlaşıb.

Son çempion “Mançester Siti” doğma meydanda yenidən Premyer Liqaya yüksəlmiş “İpsviç Taun”u böyük hesabla məğlub edib.

“Tottenhem” də “Everton”la ev oyununda darmadağına imza atıb. “Aston Villa”nın qonağı olan “Arsenal” isə bu dəfə inamlı qələbəyə sevinib.

“Kristal Pelas” evdə “Vest Hem”ə, “Sauthempton” isə “Nottingem Forest”ə uduzub.

Üç qolun qeydə alındığı “Fulhem” – “Lester Siti” oyununda da meydan sahibləri qələbə qazanıblar.

2-ci turun qalan üç oyunu sabah baş tutacaq.

İngiltərə, Premyer Liqa
2-ci tur
24 avqust

Brayton – Mançester Yunayted 2:1
Qollar: Uelbek, 32. Joao Pedro, 90+5 – Diallo, 60.

Kristal Pelas – Vest Hem 0:2
Qollar: Souçek, 67. Bouen, 72.

Fulhem – Lester Siti 2:1
Qollar: Emil Smit Rou, 18. İvobi, 70 – Faes, 38.

Mançester Siti – İpsviç Taun 4:1
Qollar: Haland, 12-pen; 16; 88. De Bruyne, 14 – Smodiks, 7.

Sauthempton – Nottingem Forest 0:1
Qollar: Gibbs-Uayt, 70.

Tottenhem – Everton 4:0
Qollar: Bissuma, 14. Son, 25; 77. Romero, 71.

Aston Villa – Arsenal 0:2
Qollar: Trossar, 67. Parti, 77.

25 avqust

17:00. Bornmut – Nyukasl
17:00. Vulverhempton – Çelsi
19:30. Liverpul – Brentford

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: