Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 5-ci turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci tura sabah keçiriləcək iki oyunla start veriləcək. “Turan Tovuz” – “Səbail” matçını Rəşad Əhmədov idarə edəcək. “Sumqayıt” – “Araz-Naxçıvan” matçında isə Cavid Cəlilov söz sahibi olacaq.
Avqustun 31-də keçiriləcək “Şamaxı” – “Neftçi” matçı Əliyar Ağayevə tapşırılıb. Eyni günə təsadüf edəcək “Kəpəz” – “Sabah” matçı isə Nicat İsmayıllıya həvalə olunub.
Tura sentyabrın 1-də keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Turun mərkəzi matçını İnqilab Məmmədov idarə edəcək.
Premyer Liqa
5-ci tur
30 avqust
“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:45.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.
31 avqust
“Şamaxı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 17:00.
“Kəpəz” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 19:30.
1 sentyabr
“Zirə” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 20:45.


