“Qarabağ”ın Avroliqanın Liqa mərhələsindəki oyunlarının təqvimi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasında 2024/2025 mövsümünün Liqa mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandası əsas mərhələyə İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı Londonda keçirəcəyi oyunla start verəcək. Mərhələnin son görüşü isə Pireydə “Olimpiakos”a qarşı olacaq.

Qeyd edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar birbaşa 1/8 finala adlayacaq. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

26 sentyabr 2024-cü il
00:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”

3 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Malmö” (İsveç)

24 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Ayaks” (Niderland)

7 noyabr 2024-cü il
21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ”

28 noyabr 2024-cü il
21:45. “Qarabağ” – “Olimpik” (Lion, Fransa)

12 dekabr 2024-cü il
00:00. “Elfsborq” (İsveç) – “Qarabağ”

23 yanvar 2025-ci il
21:45. “Qarabağ” – “Styaua” (Rumıniya)

30 yanvar 2025-ci il
00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: