Tedesko: “O uğursuzluq hələ də ağrı verir”

Futbol üzrə Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Fransa yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, komandalar UEFA Millətlər Liqası çərçivəsində, A Liqasının 2-ci qrupunun 2-ci turu çərçivəsində Lionun “Qrupama” stadionunda üz-üzə gələcəklər.

“Avropa Çempionatında Fransa yığması ilə görüşümüz oyun baxımından bərabər idi. Həmin oyunda da qalib gələ bilərdik. Bəli, Fransa sonda azacıq güclü oldu və layiqincə qalib gəldi, amma uğur qazanmaq üçün yaxşı imkanlarımız da vardı. O oyun unudulub desəm, yalan olar – yox, o uğursuzluq hələ də ağrı verir. Mən tez-tez o oyun haqqında düşünürəm, amma eyni zamanda, bizə gələcəyə baxmaq gərəkdir”, – Tedesko matçdan öncə təşkil olunmuş ənənəvi mətbuat konfransında bildirib.

Xatırladaq ki, komandalar cari ilin yayında Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının 1/8 final oyununda üz-üzə gəlmişdilər. Fransa yığması belçikalı müdafiəçi Yan Vertongenin topu öz qapısına vurması ilə 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlamışdı.

Fransa – Belçika oyunun bu gün, sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: