Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunda çıxış edən 36 yaşlı futbolçu millimizə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:
“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Təbriklər, komanda”.
Qeyd edək ki, Kristiano Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.


