Şahmat Olimpiadası: İtaliya ilə 2 heç-heçə

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 8-ci turun görüşləri keçirilib.

Hər iki millimiz İtaliya yığması ilə qarşılaşıb. Həm qadınlar, həm kişilər xalları yarıya bölüblər.

Aydın Süleymanlı, Nicat Abbasov, Rauf Məmmədov və Şəhriyar Məmmədyarov rəqibləri ilə heç-heçəyə razılaşıblar. Xanımların yarışında Günay Məmmədzadə ilə Gövhər Beydullayeva da oxşar nəticə ilə kifayətləniblər. Ülviyə Fətəliyeva bu turda rəqibinə qalib gəlib. Amma Xanım Balacayevanın uduzması ümumi nəticədə qələbə qazanmağımıza mane olub.

Ümumdünya Şahmat Olimpiadası
8-ci tur
19 sentyabr

Kişilər
İtaliya – Azərbaycan 2:2
Daniele Vokaturo – Aydın Süleymanlı 0,5:0,5
Lorenzo Lodici – Nicat Abbasov 0,5:0,5
Françesko Sonis – Rauf Məmmədov 0,5:0,5
Sabino Brunello – Şəhriyar Məmmədyarov 0,5:0,5

Xatırladaq ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.

Qadınlar
Azərbaycan – İtaliya 2:2
Günay Məmmədzadə – Marina Brunello 0,5:0,5
Ülviyə Fətəliyeva – Olqa Zimina 1:0
Gövhər Beydullayeva – Yelena Sedina 0,5:0,5
Xanım Balacayeva – Sala Quilia 0:1

Qadınlardan ibarət komandamız daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib – 2:2, Qazaxıstana isə yenilib – 1:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: