Premyer Liqa: “Çelsi” və “Liverpul”dan darmadağın

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Sauthempton” – “İpsviç Taun” və “Lester Siti” – “Everton” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Kristal Pelas” – “Mançester Yunayted” matçında qapılara ümumiyyətlə qol vurulmayıb.

“Tottenhem” doğma meydanda “Brentford”a, “Aston Villa” “Vulverhempton”a, “Fulhem” isə “Nyukasl”a eyni hesabla (3:1) qalib gəlib.

Səfərdə “Vest Hem”lə qarşılaşan “Çelsi” rəqibini 3 cavabsız qolla məğlub edib. “Liverpul” da “Bornmut”la ev oyununda oxşar hesabla qalib gəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 5-ci turun qalan iki oyunu sabah – sentyabrın 22-də baş tutacaq.

İngiltərə, Premyer Liqa
5-ci tur
21 sentyabr

Vest Hem – Çelsi 0:3
Qollar: N.Cekson, 4. 18. K.Palmer, 47.

Aston Villa – Vulverhempton 3:1
Qollar: O.Uotkins, 73. Nqoyo, 88. Palasio, 90+4 – Kunya, 25.

Fulhem – Nyukasl 3:1
Qollar: R.Ximenes, 5. Smit Rou, 22. Nelson, 90+2 – Barnes, 46.

Sauthempton – İpsviç Taun 1:1
Qollar: Diblinq, 5 – Morsi, 90+5.

Lester Siti – Everton 1:1
Qollar: Mavididi, 73 – Ndiaye, 12.

Tottenhem – Brentford 3:1
Qollar: Solanke, 8. B.Conson, 28. Meddison, 85 – Mbeumo, 1.

Liverpul – Bornmut 3:0
Qollar: L.Dias, 26; 28. D.Nunyes, 37.

Kristal Pelas – Mançester Yunayted 0:0

22 sentyabr

17:00. Brayton – Nottingem Forest
19:00. Mançester Siti – Arsenal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: