Premyer Liqa: “Mançester Siti” və “Arsenal”dan heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Brayton” – “Nottingem Forest” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda isə son çempion və lider “Mançester Siti” doğma meydanda əsas rəqiblərindən olan “Arsenal”la qarşılaşıb. Bu oyunda da qaplara 4 qol vurulub və yekunda tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Beləliklə, ilk xal itkisi ilə üzləşən “Mançester Siti” 13 xalla vahid liderdir. “Liverpul” və “Aston Villa”nın 12 xalı var. “Arsenal” isə 11 xalla 4-cü pillədə qərarlaşıb. “Çelsi” və “Nyukasl”ın 10, “Brayton” və “Nottingem Forest”in 9, “Fulhem”in 8 xalı var.

İngiltərə, Premyer Liqa
5-ci tur
21 sentyabr

Vest Hem – Çelsi 0:3
Qollar: N.Cekson, 4. 18. K.Palmer, 47.

Aston Villa – Vulverhempton 3:1
Qollar: O.Uotkins, 73. Nqoyo, 88. Palasio, 90+4 – Kunya, 25.

Fulhem – Nyukasl 3:1
Qollar: R.Ximenes, 5. Smit Rou, 22. Nelson, 90+2 – Barnes, 46.

Sauthempton – İpsviç Taun 1:1
Qollar: Diblinq, 5 – Morsi, 90+5.

Lester Siti – Everton 1:1
Qollar: Mavididi, 73 – Ndiaye, 12.

Tottenhem – Brentford 3:1
Qollar: Solanke, 8. B.Conson, 28. Meddison, 85 – Mbeumo, 1.

Liverpul – Bornmut 3:0
Qollar: L.Dias, 26; 28. D.Nunyes, 37.

Kristal Pelas – Mançester Yunayted 0:0

22 sentyabr

Brayton – Nottingem Forest 2:2
Qollar: Hinşelvud, 42. Uelbek, 45 – Vud, 13-pen. Sosa, 70.

Mançester Siti – Arsenal 2:2
Qollar: Haland, 9. Stounz, 90+8 – Kalafiori, 22. Qabriel, 45+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: