Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Məlum səbəblərdən bu qarşılaşma Sumqayıtda keçiriləcək. Naxçıvan təmsilçisi qalib gəlməklə liderlər qrupundakı mövqeyini yaxşılaşdırmağa, qonaqlar isə uğursuz gedişata son qoymağa çalışacaqlar.
“Araz-Naxçıvan”la “Səbail” daha öncə 4 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə naxçıvanlıların qələbəsi yoxdur. 2 oyun heç-heçə bitdiyi halda qalan 2 matçda “dənizçilər” qalib gəliblər. “Səbail” bütün oyunlarda qol vurub.
Premyer Liqa
8-ci tur
27 sentyabr
“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Sumqayıt Arena”, 19:00.
28 sentyabr
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:30.
29 sentyabr
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 16:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.


