“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen komandasının məşqçilər qərargahındakı işinin ilham mənbəyini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, belçikalı mütəxəssis bu mövzuda söhbətini ona ünvanlanmış sual əsasında açıb:
– Xabi Alonso “Bayern”də işə sizdən əvvəl namizəd idi. Bu, onu məğlub edə biləcəyinizə və ən yaxşı seçim olduğunuzu göstərməyə sizi ilhamlandırırmı?
– Xeyr, qətiyyən yox. Mənim ilham mənbəyim odur ki, “Bayer” keçən mövsüm çempion olub və indi “Alyans Arena”ya buyurur. Biz yarış cədvəlinə başçılıq edirik və azarkeşlərimiz üçün nəsə etmək fürsətimiz var. Bu işdə müvafiq işə namizədlərin olması tamamilə adi haldır. Söhbət özün haqda hər hansı fikrə malik olmaqdan getmir. Heç də yox. Mən komanda üçün buradayam, ona görə də mənə çox çalışmaq gərək olur. Qalan hər xüsus mənim üçün əhəmiyyət kəsb etmir. Başqalarının bütün güc-qüvvəsini səfərbər edərək uğur qazanmasını görmək mənə xoşdur, çünki bunun nə qədər çətin olduğunu bilirəm. Mən öz işimi icra etmək istəyirəm və bunun üçün bacardığımı edəcəyəm.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.
Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 6 oyuna çıxarıb və 6 qələbə qazandırıb. “Bayern”in bu oyunlarda 29 qol vurub, 5 qol buraxıb.
Xatırladaq ki, Kompaninin “Bayern”i bu gün, sentyabrın 28-də Bundesliqanın 5-ci turunun mərkəzi görüşündə “Bayer”i qəbul edəcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.
4 turdan sonra “Bayern” 12 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Bayer” isə 9 xalla 2-ci pillədən Almaniya nəhəngini təqib edir.


