Premyer Liqa: “Bornmut” “Sauthempton”u xalsız yola saldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Bornmut” doğma meydanda “Sauthempton”la münasibətlərinə aydınlıq gətirib. Komandaların 4 qolluq mübarizəsindən meydan sahibləri qələbə ilə ayrılıblar.

Beləliklə, 6 turdan sonra 15 xala malik “Liverpul” vahid liderdir. “Mançester Siti” ilə “Arsenal” 14, “Çelsi” və “Aston Villa” 13, “Fulhem” və “Nyukasl” 11, “Tottenhem” isə 10 xal toplayıb. “Brayton”la “Nottingem Forest”in 9, “Bornmut”un 8, “Brentford” və “Mançester Yunated”in 7 xalı var.

İngiltərə, Premyer Liqa
6-cı tur
28 sentyabr

Nyukasl – Mançester Siti 1:1
Qollar: Qordon, 58-pen – Qvardiol, 35.

Arsenal – Lester Siti 4:2
Qollar: Martinelli, 20. Trossard, 45+1. Ndidi, 90+4-öz qapısına. Haverts, 90+9 – C.Castin, 47; 63.

Brentford – Vest Hem 1:1
Qollar: Mbeumo, 1 – Souçek, 54.

Çelsi – Brayton 4:2
Qollar: Palmer, 21; 28-pen; 31; 41 – Rutter, 7. Baleba, 34.

Everton – Kristal Pelas 2:1
Qollar: Maknil, 47; 54 – Qehi, 10.

Nottingem Forest – Fulhem 0:1
Qol: R.Ximenes, 51-pen.

Vulverhempton – Liverpul 1:2
Qollar: Ait-Nuri, 56 – Konate, 45+2. Salah, 61-pen.

29 sentyabr

İpsviç Taun – Aston Villa 2:2
Qollar: Delap, 8; 72 – Rocers, 15. Uotkins, 32.

Mançester Yunayted – Tottenhem 0:3
Qollar: B.Conson, 3. Kuluşevski, 47. Solanke, 77.

30 sentyabr

Bornmut – Sauthempton 3:1
Qollar: Evanilson, 17. Uattara, 32. Semenyo, 39 – Harvud-Bellis, 51.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: