Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiya keçirilən dünya çempionatının qrup mərhələsində bu gün üçüncü matçına çıxıb.
Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda bu dəfə Çexiyanın U-23 yığması ilə qarşılaşıb.
Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda millimiz 2 cavabsız qolla məğlub olub.
Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksəlib. Yığmamız bu mərhələdə İngiltərə milli komandası ilə qarşılaşacaq. Sözügedən rəqiblə qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız mundialın ilk turunda Serbiyaya 1:5 hesabı ilə uduzub. Qrup mərhələsinin 2-ci turunda isə millimiz Hindistana 16:0 hesabıyla qalib gəlib.
Oktyabrın 7-də başlamış dünya çempionatı ayın 10-na qədər davam edəcək.
Dünya çempionatı
B qrupu, 3-cü tur
9 oktyabr
Azərbaycan – Çexiya 0:2


