“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin milli komandasının heyətində növbəti rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, Sent Martin millisi KONKAKAF Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Sent-Lüsiya yığması ilə qarşılaşıb.
Lebonun komandası doğma meydanda baş tutan bu oyunda 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Lebon 90-cı dəqiqədə əvəzlənib.
Oktyabrın 15-də bu komandalar yenidən üz-üzə gələcəklər.
Qeyd edək ki, hazırda xal qazanmayan Sent-Martin yer aldığı B qrupunda sonuncu pillədə qərarlaşıb.
Kilan Lebon 2023-cü ilin sentyabr ayında debüt etdiyi Sent Martin milli komandasının heyətində 4 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olu .
Lebon 2023-cü ilin yanvar ayından formasını geyindiyi “Neftçi”də 66 oyuna çıxıb, 6 qol vurub, 11 məhsuldar ötürmə edib.


