Birləşmiş Ərəb Əmirliklərində toplanışda olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün yoxlama görüşü keçirib.
Arena.az xəbər verir ki, U-17 millimiz Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə daha bir yoxlama oyunu keçirəcək.
Xatırladaq ki, baş məşqçi İlham Yadullayev bu oyunlar üçün milliyə 23 futbolçu dəvət edib:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Elbrus Kərimov – Marset (İspaniya)
- Həzrət Səmədov – Sabah
- Nadir Nəsibli – Marset (İspaniya)
- Fərid Cabbarlı – Zirə
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Kamil Məmmədov – Neftçi
- Muhamməd Çodarov – Marset (İspaniya)
- Zeyd Nəsirulla – Herta (Almaniya)
- Murad Qurbanov – Zirə
- İbrahim Xəlilov – Sabah
- Həsən Məmmədli – Rot-Vays (Oberhauzen, Almaniya)
- Vüsal Kərimov – Neftçi
- İlkin Hacıyev – Qarabağ
- Əli Qazibəyov – Qarabağ
- Abdulaziz Cabbarlı – Qarabağ
- Əhliman Süleymanzadə – Zirə
- Tunar Rzayev – Marset (İspaniya)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- Əli İbrahim – Qarabağ
- Nihat İsgəndərov – Qarabağ


