“Milan”ın baş müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin düşərgəsində hökm sürən xoşagəlməz ab-hava ilə bağlı danışıb.
Arena.az xatırladır ki, bundan əvvəl mətbuatda, İbrahimoviçin bir sıra futbolçularla komandadaxili vəziyyətlə bağlı söhbət aparmaq məqsədilə, milli komandalar üçün beynəlxalq fasilə zamanı “rossoneri”nin məşqinə qatılmaq niyyətində olduğu barədə məlumat yayılmışdı.
Vurğulanırdı ki, komandanın baş məşqçisi, portuqal mütəxəssis Paulo Fonska ilə çalışdırıcıdan narazı futbolçular arasındakı anlaşılmazlıq, “rossoneri”nin paltardəyişmə otağına xoşagəlməz sirayət edir.
“Fonseka özü olmalıdır. O, öz seçimini edən bir məşqçidir. Bəzi xüsuslar komandanın öz daxilində həll edilməlidir. Onların hamısı böyük adamlardır. Gördükləri iş üçün məsuliyyət daşımalı olan peşəkarlardır”, – jurnalist Nikolo Skira “İbra”dan sitat gətirir.
İtaliya A Seriyasının 8 turundan sonra 14 xal toplamış “Milan” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. İtaliya A Seriyasına 19 xalla “Napoli” başçılıq edir.


