AÇ-2024: İngiltərə və Danimarka yığmalarından heç-heçə

Futbol üzrə Danimarka və İngiltərə yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

7-ci oyun gününün ikinci matçında İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Frankfurt şəhərində keçirilən matçda qalib müəyyənləşməyib. Matçda hesabı ingilislər açıblar. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. Lakin 34-cü dəqiqədə “status kvo” bəpra olunub. Morten Yulmann adını tabloya yazdırıb.

Qeyd edək ki, bu qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.

Bu gün baş tutan C qrupunun digər oyununda Sloveniya və Serbiya yığmaları da oxşar nəticəyə imza atmışdılar – 1:1.

Xatırladaq ki, ilk turda İngiltərə yığması Serbiyanı 1:0 hesabıyla məğlub etmişdi. Sloveniya – Danimarka matçında isə qalib müəyyənləşməmişdi – 1:1.

Günün daha çox maraq doğuran qarşılaşması B qrupunda yer almış İspaniya və İtaliya yığmaları arasında baş tutacaq. B qrupunun görüşü Gelzerkirxen şəhərində keçiriləcək və saat 23:00-da başlayacaq. İspanlar ilk turda Xorvatiyanı 3:0, italyanlar isə Albaniyanı 2:1 hesabıyla məğlub etmişdilər. Albaniya və Xorvatiya yığmaları arasında ötən gün baş tutan oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu Avropa çempionatında hələlik yalnız meydan sahibi Almaniya yığması qrupdan çıxmağı təmin edib.

AÇ-2024
C qrupu
20 iyun

Danimarka – İngiltərə 1:1
Qollar: Morten Yulmann, 34 – Harri Keyn, 18.
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Frankfurt. “Valdstadion”.

Xal: İngiltərə – 4. Sloveniya – 2. Danimarka – 2. Serbiya – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: