AÇ-2024: Portuqaliya çexlər üzərində əzmkar qələbə ilə başladı

Portuqaliya və Çexiya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

5-ci oyun günündə qrup mərhələsinin ilk turuna yekun vurulub. Turun və günün sonuncu oyunu F qrupu çərçivəsində Portuqaliya və Çexiya yığmaları arasında baş tutub. Üç qolun qeydə alındığı qarşılaşmada hesabı çexlər açıblar. Amma ruhdan düşməyən portuqaliyalı futbolçular yekunda əzmkar qələbəyə seviniblər.

Bu qrupun və günün digər oyununda isə Türkiyə millisi Gürcüstan yığmasına 3:1 hesabıyla qalib gəlmişdi.

AÇ-2024
F qrupu
18 iyun

Portuqaliya – Çexiya 2:1
Qollar: Robin Hranaç, 69-öz qapısına. Fransisko Konseysao, 90+2 – Lukas Provod, 62.
Baş hakim: Marko Quida (İtaliya).
Leypsiq. “Red Bull Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: