AÇ-2024: Portuqaliya millisinin yekun heyəti açıqlandı

Futbol üzrə Portuqaliya millisinin qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti müəyyənləşib.

Arena.az bu barədə Portuqaliya millisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Yekun siyahıda 26 futbolçu yer alıb. Baş məşqçi Roberto Martines qitə birinciliyi üçün 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 8 hücumçu seçib.

Portuqaliya yığmasının Avropa çempionatı üçün yekun heyətini təqdim edirik:

Qapıçılar: Dioqo Kosta (“Portu”), Xose Sa (“Vulverhempton”, İngiltərə), Rui Patrisio (“Roma”, İtaliya);

Müdafiəçilər: Antonio Silva (“Benfika”), Danilo Pereyra (PSJ, Fransa), Dioqo Dalo (“Mançester Yunayted”, İngiltərə), Qonsalo İnasio (“Sportinq”), Joao Kanselo (“Barselona”, İspaniya), Nelson Semedo (“Vulverhempton”, İngiltərə), Nuno Mendes (PSJ, Fransa), Pepe (“Portu”), Ruben Dias (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə), Joao Neves (“Benfika”), Joao Palinya (“Fulhem”, İngiltərə), Otavio Monteyro (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Ruben Neves (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Vitinya (PSJ, Fransa);

Hücumçular: Bernardo Silva (“Mançester Siti”, İngiltərə), Kristiano Ronaldo (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Dioqo Jota (“Liverpul”, İngiltərə), Fransisko Konseysao (“Portu”), Qonsalo Ramos (PSJ, Fransa), Joao Feliks (“Barselona”, İspaniya), Pedro Neto (“Vulverhempton”, İngiltərə), Rafael Leao (“Milan”, İtaliya).

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Portuqaliya yığması Avropa çempionatının F qrupunda Çexiya, Türkiyə və Gürcüstan milliləri ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: