Futbol üzrə Türkiyə və Portuqaliya yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
9-cu oyun gününün ikinci matçında Türkiyə və Portuqaliya yığmaları üz-üzə gəliblər. Dortmund şəhərində keçirilən matçda “ay ulduzlular” böyük hesabla uduzublar. Portuqaliya yığmasının heyətində ilk qolu Bernardo Silva vurub. 29-cu dəqiqədə Samet Akaydın topu öz qapısına göndərib. 56-cı dəqiqədə isə Bruno Fernandes fərqlənib.
Bu qrupun bu gün baş tutan ilk oyununda Gürcüstan və Çexiya yığmaları bərabərə qalmışdılar – 1:1.
Xatırladaq ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzmuşdu.
Beləliklə, ardıcıl ikinci qələbəsini qazanmış Portuqaliya yığması da növbəti mərhələyə yüksəlib. Daha öncə Almaniya və İspaniya yığmaları da 1/8 finala erkən vəsiqə qazanmışdılar.
AÇ-2024
F qrupu
22 iyun
Türkiyə – Portuqaliya 0:3
Qollar: Bernardo Silva, 22. Samet Akaydın, 28-öz qapısına. Bruno Fernandes, 56.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
Xal: Portuqaliya – 6. Türkiyə – 3. Çexiya – 1. Gürcüstan – 1.


