Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində ilk oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstan yığması ilə üz-üzə gələcək.
B Liqasının 1-ci qrupunun oyunu Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Qarşılaşmanın baş hakim ingiltərəli Kirsti Doul olacaq.
Qrupun digər matçında Türkiyə yığması İsveçrə millisinin qonağı olacaq. Bu görüş saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı növbəti matçını aprelin 9-da Bakıda İsveçrə yığmasına qarşı keçirəcək. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq bu görüşə saat 16:00-da start veriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
5 aprel
19:45. Macarıstan – Azərbaycan
Baş hakim: Kristi Doul (İngiltərə).
Baş hakimin köməkçiləri: Sofi Denninqton, Rubi Sukes (İngiltərə).
Dördüncü hakim: Emili Heslip (İngiltərə).
Baş hakim: Kirsti Doul (İngiltərə).
“Şent Qellert Forum” stadionu.


