Adil Şükürov futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Klubdan verilən məlumata görə, Şükürov sabah yeni komandasını ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, Adil Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib. Gənc mütəxəssis bir neçə gün öncə Birinci Liqa çərçivəsində “Cəbrayıl”a 0:2 hesablı məğlubiyyətdən sonra istefa vermiş və klub rəhbərliyi onun istefasını qəbul etmişdi.
Şükürov son olaraq “Kəpəz”i çalışdırıb. O, cari mövsümün əvvəlində baş məşqçi təyin edildiyi Gəncə təmsilçisindən oktyabrda istefaya göndərilmişdi. 48 yaşlı mütəxəssis daha öncə “Zirə” və “Şüvəlan”da da baş məşqçi kimi çalışıb.


