Admir Mehmedi milli karyerasını başa vurdu

Futbol üzrə İsveçrə yığmasının hücumçusu Admir Mehmedi milli karyerasını başa vurub. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Milli komandadan getmək mənim üçün asan deyil. Lakin ailəm ilə daha çox vaxt keçirmək və “Volfsburq”un oyunlarına köklənmək mənim üçün vacibdir”.

Qeyd edək ki, hazırda Almaniyanın “Volfsburq” klubunun uğurları üçün çalışan Admir Mehmedi, İsveçrə yığmasında 2011-ci ildən çıxış edirdi. O, millidə 76 oyun keçirib və 10 qola imza atıb. Onun heyətində yer aldığı İsveçrə yığması AÇ-2020-də İspaniya ilə 1/4 final matçında penaltilərlə uduzaraq mübarizəni dayandırıb.

“Sürix”in yetirməsi olan Mehmedi, sonralar “Dinamo” (Kiyev), “Frayburq” və “Bayer”in də uğurları üçün çalışıb. O, 2018-ci ildən “Volfsburq”da oynayır.