Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Premyer Liqanın 24-cü turundakı qayda pozuntularına hüquqi qiymət verilib.
Arena.az xəbər verir ki, ötən turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”da 4 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan”da 5 nəfər sarı vərəqə aldığına görə Naxçıvan komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə Ağdam klubu 500 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”da 4 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib.


