Amerika Kubokunu Argentina qazandı

Futbol üzrə Amerika Kubokunun yeni qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda Argentina və Braziliya milli komandaları üz-üzə gəliblər.

Braziliyada, “Marakana” stadionunda oynanılan qarşılaşmanı uruqvaylı hakim Esteban Ostoyiç idarə edib. İyulun 10-dan 11-nə keçən gecə – saat 04:00-da start götürən oyunda qalib gələn tərəf Argentina millisi olub. Anxel Di Mariyanın 22-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.

Bununla da, Argentina millisi 28 ildən sonra Amerika kubokunu qazanıb. Bu, argentinalıların qazandığı 15-ci Amerika kuboku olub.

Amerika Kuboku
Final
11 iyul

Argentina – Braziliya 1:0
Qol: Anxel Di Mariya, 22.

Xəbəri sosial şəbəkələrdə paylaş: