“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə ilk oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Lion “Olimpik”i “Real Sosyedad”dan fiziki cəhətdən daha güclü, nəhəng və sürətlidir. Paulu Fonsekanın gəlişi ilə onlar çox qol vurub az qol buraxmaqla öz oyunlarının əksəriyyətini qazanıblar. Onların oyunu topa sahibolma üzərində təşəkkül tapıb, bizim üçün isə bu, tamamilə başqa bir tapşırıq olacaq”, deyə Amorim qayğılı bir tərzdə vurğulayıb.
“Olimpik” – “Mançester Yunayted” oyunu bu gün, aprelin 10-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Əlavə edək ki, cari mövsümdə ümumilikdə çox bərbad təsir bağışlamasına rəğmən, “Mançester Yunayted” Avropa Liqasında qalibiyyətə əsas namizəddir.