“Araz-Naxçıvan” baş məşqçi postu ilə bağlı qərar verdi – Rəsmi

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Azər Bağırov baş məşqçi postunda saxlanılıb.

Komandaya elitada da bu mütəxəssis rəhbərlik edəcək. Baş məşqçinin 5 köməkçisi olacaq. Rail Məlikov köməkçi məşqçi təyin olunub. Miloş Yevtiç fiziki hazırlıq üzrə məşqçi kimi çalışacaq. Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Baş məşqçi və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub. Bu üzdən də sözügedən klub elitada oynamaq hüququ qazanıb. Bu komanda Premyer Liqanı tərk etmiş “Şamaxı”nı əvəz edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: