Arif Əsədov: “Bu, Roman Qriqorçukun üzərinə düşən vəzifədir”

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov paytaxt təmsilçisinin cari mövsümdəki qeyri-sabit çıxışına münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün geridə qalmış 7 turunda “ağ-qaralar” qələbə qazana bilməyiblər.

Paytaxt təmsilçisi 4 oyunda heç-heçə etdiyi halda, 3 görüşdə də məğlubiyyətə üzülüb. Məhz bu üzdən “Neftçi”nin qeyri-sabit çıxışı futbol ictimaiyyətinin gündəmindən düşməyən mövzularından birinə çevrilib.

Bakı klubunun sabiq çalışdırıcısı Arif Əsədov da Arena.az saytına açıqlamasında komandanın hazırkı durumundan danışıb:

“Texniki tərəfdən yanaşsaq görünən odur ki, komanda hələ də formalaşmayıb. Transferlər edilir, ancaq adaptasiya prosesi vaxt tələb edir. Lider futbolçuların formada olmaması müəyyən mənada uğursuz çıxışa səbəb olan amillərdəndir. Bu məsələlərin həll olunması baş məşqçinin üzərinə düşən vəzifədir. Fakt budur ki, klub rəhbərliyi tərəfindən lazım olan oyunçular transfer edilir. Maliyyə baxımından da problem yoxdur. Sadəcə, texniki baxımdan mövcud olan problemləri baş məşqçi yoluna qoymalıdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: