Asəf Zeynallı rəsmən “Neftçi”də!

“CBC Sport”un sabiq əməkdaşı Asəf Zeynallı “Qəbələ” İdman Klubundan ayrılıb və bundan sonra “Neftçi”də fəaliyyət göstərəcək.

Arena.az-ın daha öncə bu barədə verdiyi məlumat rəsmən təsdiqini tapıb.

Belə ki, bu gün “Qəbələ” klubu rəsmi açıqlama yayaraq Media və Marketinq Departamentinin rəhbəri Asəf Zeynallının müqaviləsinə qarşılıqlı şəkildə xitam verildiyini bəyan edib. Klub fəaliyyəti zamanı göstərdiyi xidmətlərə görə Asəf Zeynallıya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Zeynallının “Neftçi”dəki təyinatı da rəsmiləşib. Paytaxt klubunun rəsmi saytının yaydığı məlumata görə, “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə yeni təyinat olub. Bu vəzifəni Asəf Zeynallı icra edəcək.

2010-cu ildən müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərmiş Asəf Zeynallı 2017-ci ildən “CBC Sport” telekanalında Xəbərlər Departamentinin şef-redaktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: