“CBC Sport”un sabiq əməkdaşı Asəf Zeynallı “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri postundan ayrılıb.
Arena.az saytının əldə etdiyi məlumata görə, Zeynallı iyulun 31-də əyalət təmsilçisi ilə vidalaşıb.
Onun bundan sonrakı fəaliyyətini “Neftçi”də davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Asəf Zeynallı 2023-cü ilin sentyabr ayından “Qəbələ”də çalışırdı. O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib. Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.


