Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarıldı

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:

1-ci Kateqoriya – 5 AZN
2-ci Kateqoriya – 2 AZN
VİP – 20 AZN

iTicket.az satış məntəqələri:

Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək. Bu görüşə saat 18:00-da start veriləcək.

AFFA-nın yaydığı məlumatda o da qeyd olunub ki, oyun günü Qəbələ şəhər stadionunda da bilet satışı nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: