Azərbaycan Kubokunda 1/4 finalın daha iki iştirakçısı bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Bakıda Birinci Liqa təmsilçisi “İrəvan”la Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” arasında baş tutacaq.

Bu oyun bitəndən sonra isə gözlər Qəbələdə keçiriləcək “İmişli” – “Qəbələ” oyununa yönələcək.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin iki iştirakçısı artıq məlumdur. “Sabah” “Kəpəz”i, “Sumqayıt” isə “Karvan”ı mübarizədən kənarlaşdırıb. Bu mərhələnin oyunlarına dekabrın 21-də yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah” 3:4
Qollar: Adama Niane, 36-pen; 45; 76 – Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan” 3:1
Qollar: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 18:00.

“Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: