Azərbaycan millisi DÇ-də 4-cü yerlə kifayətləndi

Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiyada təşkil olunmuş dünya çempionatında sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda oyunda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda 0:3 hesabı ilə məğlub olan yığmamız mükafatçılar sırasına düşə bilməyib. Beləliklə, millimiz dünya çempionatında 4-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan millisi bu dünya çempinatına elə Serbiyaya qarşı qrup mərhələsinin ilk turundakı oyunla start vermişdi. Komandamız bu oyunda 1:5 hesabıyla uduzmuşdu. Hindistan yığmasını 16:0 hesabıyla məğlub edən millimiz son turda Çexiyaya 0:2 yenilmişdi. Komandamız qrup üçüncüsü kimi pley-offa qazandıqdan sonra 1/4 finalda İngiltərədən güclü olmuşdu – 3:0. Çexiya ilə yarımfinal görüşündə isə 1:4 hesablı məğlubiyyət qeydə alınmışdı.

Dünya çempionatı
3-cü yer uğrunda oyun
10 oktyabr

Azərbaycan – Serbiya – 0:3

Xəbəri sosial şəbəkələrdə paylaş: