Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiya keçirilən dünya çempionatının qrup mərhələsində bu gün ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda Serbiyanın U-23 yığması ilə qarşılaşıb.
Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda millimiz məğlubiyyətlə üzləşib. Görüşün əvvəlində erkən qollar buraxan millimiz oyunda dönüş yarada bilməyib. Qarşılaşma Serbiya komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-na qədər davam edəcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da isə Çexiya yığmaları ilə üz-üzə gələcək.
Dünya çempionatı
B qrupu, 1-ci tur
7 oktyabr
Azərbaycan – Serbiya 1:5


