Azərbaycan millisi Hindistana 16 cavabsız qolla qalib gəldi

Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiya keçirilən dünya çempionatının qrup mərhələsində bu gün ikinci matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda bu dəfə Hindistanın U-23 yığması ilə qarşılaşıb.

Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda millimiz darmadağına sevinib. Futbolçularımız rəqib qapısından 16 cavabsız top keçiriblər.

Qeyd edək ki, oktyabrın 7-də başlamış dünya çempionatı ayın 10-na qədər davam edəcək. Azərbaycan millisi oktyabrın 9-da Çexiya yığması ilə üz-üzə gələcək. Yığmamız mundialın ilk turunda Serbiyaya 1:5 hesabı ilə uduzub.

Dünya çempionatı
B qrupu, 2-ci tur
8 oktyabr

Hindistan – Azərbaycan 0:16

Xəbəri sosial şəbəkələrdə paylaş: