17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamız bu turnirdəki dördüncü matçında Tacikistan milli komandası ilə qarşılaşıb.
7-8-ci yerlər uğrunda keçirilmiş qarşılaşma Azərbaycan futbolçuları üçün uğursuz alınıb. Yığmamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. Azərbaycan yığmasının yeganə qolunu 32-ci dəqiqədə İslam Həsənov vurub.
Xatırladaq ki, millimiz bu turnirdə keçirdiyi əvvəlki oyunlarda Belarus (0:2), Rusiya (0:1) və Özbəkistana (0:2) da məğlub olmuşdu.
Azərbaycan millisi Minskdə təşkil olunmuş turnirə bu heyətlə yollanmışdı:
- Xəqan Şükürov – Zirə
- Rauf Əyyubov – Sabah
- Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Fərid Cabbarlı – Zirə
- Hüseyn Atayev – Turan Tovuz
- Tunar Muradov – Turan Tovuz
- Nihad İsaqov – Kəpəz
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Toğrul Haqverdiyev – EFA
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- Rafael Qaziyev – Dinamovets (Rusiya)
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Murad Cabbarov – Sumqayıt
- Ümid Səlimov – Sabah


