Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün qrup mərhələsində 2-ci sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Fernando Santosun çalışdırdığı yığmamız səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.
“Koşitse Futbol Arenası”nda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandamızın Fernando Santosun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr
20:00. Slovakiya – Azərbaycan
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa).
“Koşitse Futbol Arenası”.
Slovakiya: 1. Martin Dubravka, 4. Adam Obert, 6. Norbert Dyomber, 7. Tomaş Suslov, 8. Andrey Duda, 14. Milan Şkrinyar (k), 15. David Streleç, 16. David Hansko, 17. Lukaş Haraslin, 18. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Henrix Ravas, 2. Peter Pekarik, 3. Denis Vavro, 5. Lübomir Şatka, 9. Robert Bojenik, 10. Laslo Benes, 11. Lübomir Tupta, 13. Samuel Kozlovski, 18. Leo Sauer, 20. David Duriş, 21. Matuş Bero.
Baş məşqçi: Françesko Kaltsona.
Azərbaycan: 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 6. Emil Mustafayev, 9. Renat Dadaşov, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov (k), 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 4. Xəyal Nəcəfov, 5. Şəhriyar Əliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 14. Rüstəm Əhmədzadə, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Abbas Hüseynov.
Baş məşqçi: Fernando Santos.


