DÇ-2024-ün elit raundunda oktyabrın 11-də Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, Qazaxıstan yığması ilə Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Felipinyonun əvəzində “Neftçi” İK-nın üzvü Amir Şocaeinin milli komandaya dəvət olunduğu diqqətə çatdırılıb.
Beləliklə, Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıldan istifadə edəcək:
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;
Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Şocaei.
Yığmamız oktyabrın 9-da Bakı-Astana hava reysi ilə səfərə çıxacaq. Oktyabrın 11-də baş tutacaq Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.


