Azərbaycan millisinin Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.
Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.
Tanzaniya – Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya – Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.
Azərbaycan millisinin, eləcə də bu turnir çərçivəsində Bakıda baş tutacaq digər oyunların təyinatlarını təqdim edirik:
22 mart
Tanzaniya – Bolqarıstan
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
Mərdəkan. “Dalğa Arena”. Saat 17:00.
22 mart
Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
25 mart
Tanzaniya – Monqolustan
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rəşad Əhmədov
Mərdəkan. “Dalğa Arena”. Saat 17:00.
25 mart
Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya)
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Sonda qeyd edək ki, FİFA tərəfindən təsis olunmuş bu yeni turnir ilk dəfə keçirilir. Turnirin keçirilməsində əsas məqsəd müxtəlif qitələrdən olan komandaları yoldaşlıq oyunları çərçivəsində bir araya gətirməkdir.


