Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan millisinin “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisi FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq bu turnir çərçivəsində martın 22-də, saat 20:00-da Monqolustan yığması ilə üz-üzə gələcək. Martın 25-də, saat 20:00-da isə yığmamızı Bolqarıstan ilə qarşılaşma gözləyir. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Biletlərin qiyməti üçüncü kateqoriya üçün 2, ikinci kateqoriya üçün 5, birinci kateqoriya üçün 10, VİP yerlər üçün 25 və 30 manat təşkil edir.

Azərbaycan millisinin oyunlarına biletləri “İtickets” və satış kassalarından əldə etmək mümkündür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: