Azərbaycan – Portuqaliya matçı alman hakimə tapşırıldı

Qadın futbolçular arasında Avropa çempionatının birinci pley-off mərhələsinin Azərbaycan – Portuqaliya oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunu Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Oktyabrın 25-də Bakıda baş tutacaq görüşü Fabienne Mişel idarə edəcək. Ona yan xətt hakimləri Melissa Joos və Amina Sara Qutşi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Karoline Vakker yerinə yetirəcək.

Avropa çempionatının seçmə mərhələsi
Birinci pley-off raundu
25 oktyabr

Azərbaycan – Portuqaliya
Baş hakim: Fabienne Mişel (Almaniya).
Baş hakimin köməkçiləri: Melissa Joos (Almaniya), Amina Sara Qutşi (Avstriya).
Dördüncü hakim: Karoline Vakker (Almaniya).
VAR hakimləri: Katrin Rafalski, Yohann Pfeyfer (hər ikisi Almaniya).
Hakim-inspektor: Blajenka Loqaruşiç (Xorvatiya).
UEFA nümayəndəsi: Sanya Bosanac Perişic (Monteneqro)
Mərdəkan. “Dalğa Arena”. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: