“Bayer” – “Qarabağ” matçının start heyətləri bəlli oldu

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunu çərçivəsində “Bayer” ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi indi də 1/4 finala vəsiqə üçün mübarizə aparır.

Cari mövsümün 36 matçında uduzmayan rəqiblə Bakıda heç-heçə edən Ağdam klubu Leverkuzendə də uğurlu nəticə qazanmağa çalışacaq.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Artıq komandaların bu görüşdə hansı heyətlə mübarizə aparacağı da məlumdur.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.

Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Andrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.

Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: