Yeni mövsümə hazırlığı davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu gün İkinci Liqa təmsilçisi “Şəmkir”lə üz-üzə gəlib.
Start fiti saat 18:30-da verilmiş qarşılaşma Qəbələ şəhər stadionunun köməkçi meydançasında baş tutub.
“Turan Tovuz” bu oyunda 13:0 hesabı ilə qələbə qazanıb. Tovuz klubunun heyətində Luis Paçu het-trik edib. Aleks Souza, Sadiq Şəfiyev və Ayxan Hüseynov dubla imza atiblar. Otto Con, Faiq Hacıyev, Tural Bayramlı, Əsəd Əsədov isə hərəyə 1 dəfə fərqləniblər.


