Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” bu gün Çempionlar Liqasında final qarşılaşmasına çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz Polşanın paytaxtı Varşava şəhərində təşkil olunmuş turnirin həlledici matçında “BKMK Brno” (Çexiya) qarşılaşıb.
Azərbaycan çempionu final matçından da qələbə ilə ayrılıb. Bakı klubu yekunda 2:1 hesabı ilə üstün olub. Nəticədə Azərbaycan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası
Final
8 sentyabr
“Birbaşa Bakı” – “BKMK Brno” (Çexiya) 2:1
Qollar: Mirmehdi Rzayev, 1. Təmkin Xəlilzadə, 10 – Andrey Padera, 7.