Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 17-ci və 18-ci turlarının oyun cədvəlləri açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
17-ci turun qarşılaşmaları 6-7 martda keçiriləcək. 18-ci turun görüşləri isə 13-14 martda baş tutacaq.
Birinci Liqa
17-ci tur
6 mart
MOİK – “Araz Saatlı”
Binə qəsəbə stadionu, 14:30.
7 mart
“Qaradağ Lökbatan” – “İmişli”
Lökbatan OİK stadionu, 15:00.
“Karvan” – “Şamaxı”
Yevlax şəhər stadionu, 15:00.
“Zaqatala” – “Mingəçevir”
Zaqatala OİK stadionu, 15:00.
“Difai Ağsu” – “İrəvan”
Şamaxı şəhər stadionu, 15:00.
18-ci tur
13 mart
“İmişli” – “Araz Saatlı”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
“Şamaxı” – “Qaradağ Lökbatan”
Şamaxı şəhər stadionu, 15:00.
14 mart
“İrəvan” – “Zaqatala”
Bakı. “ASK Arena”, 13:00.
“Mingəçevir” – “Karvan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
MOİK – “Difai Ağsu”
Binə qəsəbə stadionu, 15:00.


