Bu mövsüm VAR-dan ən çox zərər çəkmiş klub “Liverpul”dur

İngiltərə Premyer Liqasının cari 2023/2024 mövsümdə VAR-ın qərarlarından ən çox zərər çəkmiş klub “Liverpul”dur.

Arena.az ESPN-ə istinadən məlumat verir ki, VAR-ın yol verdiyi xətaların 20%-i məhz sözügedən klubun əleyhinə işləyib.

Cari mövsümdə VAR-ın 20 səhvindən 4-ü “qırmızılar”a qarşı qeydə alınıb. Heç bir Premyer Liqa komandası bu qədər mütəmadi surətdə VAR-ın qərarlarının mənfi təsirinə məruz qalmayıb. Eyni zamanda hakimlər “Brayton” və “Vulverhempton”a qarşı 3, “Arsenal”la qarşı 2 xətaya yol veriblər. Daha 8 komandanın hərəsi 1 dəfə VAR-ın səhv qərarı ilə üzləşib.

Həmçinin VAR “Aston Villa”nın lehinə 3 müsbət qərar verib. “Arsenal”, “Nyukasl”, “Nottingem Forest” və “Mançester Yunayted”in hər birinə isə VAR 2 dəfə “daydaylıq” edib.

Hazırda Premyer Liqada keçirdiyi 24 oyundan sonra “Liverpul” 54 xalla çempionatın lideridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: