Cəlal Cəbrayılov “Şamaxı”ya lazım olmadı

Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Şamaxı” daha bir futbolçusu – gənc hücumçu Cəlal Cəbrayılov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Şamaxı” Cəbrayılova göstərdiyi xidmətlər görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Cəlal Cəbrayılov 2023-cü ilin iyul ayından “Şamaxı”nın uğurları üçün çalışırdı. “Sumqayıt”ın yetirməsi olan hücumçu “Şamaxı”dan öncə “Zaqatala”nın da formasını geyinib.

“Şamaxı” Cəbrayılovdan öncə Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyevlə də yollarını ayırmışdı.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov isə klubla yeni müqaviləyə imza atıb. Yeni müqavilə imzalamış Sahib Həsənov bir mövsümlük “Difau Ağsu”ya icarəyə verilib.

“Şamaxı” heyətinə yeni futbolçular da cəlb edib. Əyalət klubu Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Kamal Bayramov (“Turan Tovuz”), Fəxri Məmmədli (“Sabah”, icarə), Vasili Radenoviç (QOŞK, Bosniya və Herseqovina) və Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq) ilə güclənib. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də müqavilə ilə məxsus olduğu “Şamaxı”ya qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: