İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi Braziliyanın “Vasko da Qama” klubundan Andrey Santosu transfer edib.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Çelsi” bu transferə görə Braziliya klubuna 12.5 milyon avro ödəyib.
Andrey Santos “Vasko da Qama”nın öz yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinir. Mərkəz yarımmüdafiəçisi burada 37 oyun keçirib, 8 qol vurub. O, Braziliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Vasko da Qama” da heyətinə yeni futbolçu cəlb edib. Braziliya klubu Fransanın “Nant” komandasında forma geyinən müdafiəçi Robson Bambunu icarəyə götürüb. 25 yaşlı mərkəz müdafiəçisinin bu ilin 31 dekabrına kimi bu komandada oynayacağı açıqlanıb.
“Santos”un yetirməsi olan Robson Bambu 2020-ci ildən “Nitsa”da çıxış edirdi. O, Fransa komandasında 23 oyuna çıxıb. Liqa 1 təmsilçisi 2022-ci ildə braziliyalı müdafiəçini “Korintians”a da icarəyə vermişdi. Müdafiəçi “Nitsa”ya gələnə qədər ölkəsində “Atletiko Paranaense”nin də uğurları üçün çalışıb.



